"Qarabağ" Nigeriyada bəyəndiyi 8 oyunçudan 2-ni Azərbaycana gətirir.
"Qarabağ" Futbol Akademiyasının baş koordinatoru Aftandil Hacıyevin Nigeriyada bəyəndiyi 8 oyunçudan 2-si Azərbaycana gələcək.
"Obasa Cup" turnirində bəyəndiyi iki nigeriyalı oyunçu yaxın zamanda Akademiyanın bazasında olacaq: "Bu gün hər iki oyunçunun sənədlərini hazır etmişik. Amma həmin futbolçuların Azərbaycana hansı tarixdə gələcəkləri bəlli deyil".
