LEQAL XƏBƏR məlumat verir ki, bu gün UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsinin püşkatması çərçivəsində Azərbaycanın təmsilçisi “Qarabağ”ın potensial rəqibləri müəyyənləşib.
Ağdam təmsilçisi ilk təsnifat mərhələsində İslandiyanın “Vestri” klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə növbəti mərhələdə daha güclü rəqiblərlə üz-üzə gələcək.
“Qarabağ”ın 2-ci təsnifat mərhələsindəki potensial rəqibləri Türkiyənin “Beşiktaş”, Niderlandın “Tvente”, Norveçin “Tromse”, İsveçin “Hammarbü” klubları, eləcə də Bolqarıstanın SSKA (Sofiya) – İrlandiyanın “Derri Siti” cütünün qalibi olacaq.
Qeyd edək ki, UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 23-də, cavab qarşılaşmaları isə iyulun 30-da keçiriləcək. “Qarabağ” əvvəlcə “Vestri” səddini keçərək növbəti mərhələyə vəsiqə qazanmağa çalışacaq.