İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

"Qarabağ"və"Mançester Siti"oyunu

"Qarşıda “Mançester Siti” ilə oyunumuz var. Birinci bunu düşünürük. Cavab matçı barədə danışmaq tezdir". Bu sözləri "Nyukasl"ın baş məşqçisi Eddi Hau UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda "Qarabağ"a 6:1 hesabı ilə qalib gəldikləri oyundan sonra

17 baxış 3 dəq

"Qarşıda “Mançester Siti” ilə oyunumuz var. Birinci bunu düşünürük. Cavab matçı barədə danışmaq tezdir".
Bu sözləri "Nyukasl"ın baş məşqçisi Eddi Hau UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda "Qarabağ"a 6:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.


O, Elvin Cəfərquliyevin qapılarına vurduğu yeganə qolu belə şərh edib: "Qapıçımız məyus oldu. Dominant komanda idik, amma müəyyən boşluqlar verdik. Bizim penalti ilə bağlı onu deyə bilərəm ki, yenidən baxanda daha yaxşı təhlil etmək olar. Entoni Qordon istəyirdi ki, ikinci qolu vursun. Bütün oyunçular komandaya kömək etmək istəyirdi. İnanılmaz pressinq etdik və yaxşı əks-hücum imkanlarımız oldu".

E.Hau növbəti mərhələ şanslarından da danışıb: "Yaxşı şansımız var. “Qarabağ” burda “Çelsi”yə qarşı yaxşı oyun sərgiləmişdi. Cavab görüşündə də qələbə qazanmağa çalışacağıq".

İngiltərəli mütəxəssis "Qarabağ"ın ikinci hissədə onlara nisbətən çətinlik yaratdığını bildirib: “Qarabağ” bir az çox topla oynadı və tempimiz aşağı düşdü. İkinci hissədə biz topla az oynadıq".

Baş məşqçi "Püşkdə “Qarabağ”la düşəndə bəxtinizin gətirdiyini düşündünüzmü" sualını da cavablandırıb: "Belə düşünmədim. Mütəmadi deyirəm, “Qarabağ”ın oyunlarına çox baxmışam. Onların yaxşı keyfiyyəti var. Bura gələndə bilirdik ki, çətin olacaq. “Qarabağ” heç də zəif deyil". https://youtube.com/shorts/cp-RNVFKiiU?si=YLBAVjovMcb0H7uS  

Xəbəri paylaş Dostlarınıza göndərin