İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Qaydalara riayət olunmadı, nəticədə iki gənc öldü

Təhlükəsizlik qaydalarının pozulması bir gündə iki gəncin həyatına son qoydu. BDYPİ-dən Leqal Xəbər-ə verilən məlumata görə, son vaxtlar ikitəkərli nəqliyyat vasitələrindən istifadə geniş yayılıb. Təəssüf ki, sözügedən nəqliyyat vasitələrinin iştirakı ilə qeydə alınan qəzaların sayının artması

10 baxış 3 dəq

Təhlükəsizlik qaydalarının pozulması bir gündə iki gəncin həyatına son qoydu. BDYPİ-dən Leqal Xəbər-ə verilən məlumata görə, son vaxtlar ikitəkərli nəqliyyat vasitələrindən istifadə geniş yayılıb. Təəssüf ki, sözügedən nəqliyyat vasitələrinin iştirakı ilə qeydə alınan qəzaların sayının artması haqlı narahatlıq doğurur.

Bir gün ərzində moped və velosiped idarə edən iki gəncin faciəli şəkildə həyatını itirməsi deyilənləri əyani ifadə edir.

Belə ki, Siyəzən rayonu, Böyük Həmyə kəndində 17 yaşlı gəncin sürmə vərdişləri olmadığı halda moped idarə etməyə təşəbbüs göstərməsi, sonda faciə ilə nəticələnib.

Sabunçu rayonu, Maştağa qəsəbəsində isə gecə saat 23:50 radələrində naməlum avtomobil nəqliyyat axınına əks istiqamətdə velosiped idarə edən Ülfət Hüseynovu vurub.

Hadisə yerindən yayınan “VAZ” markalı avtomobilin sürücüsü T.Bədəlov DYP əməkdaşları tərəfindən “isti izlərlə” saxlanılsa da, velosipedçinin həyatını xilas etmək mümkün olmayıb.

Baş Dövlət Yol Polisi İdarəsi ikitəkərli nəqliyyat vasitələri ilə bağlı risklərin aradan qaldırılmasının qadağalardan daha çox yol hərəkəti qaydalarına riayət edilməsi və şəxsi məsuliyyət hissinin artırılması ilə mümkün olduğunu bildirir və bütün tərəfləri təhlükəsiz yol mühitinin formalaşmasına töhfə verməyə çağırır!

Xəbəri paylaş Dostlarınıza göndərin