Leqal xəbər bildirirki, Böyük Britaniyada təbii qaz ehtiyatlarının kəskin azalması ilə bağlı narahatlıq artıb. Məlumata görə, ölkədə anbarlarda qalan qaz ehtiyatı cəmi 1,5–2 günə kifayət edə bilər. Bildirilib ki, qaz ehtiyatlarının bu səviyyəyə düşməsi fonunda qiymətlər də Avropa ortalamasını keçib. Ekspertlər hökuməti təcili olaraq yeni qaz anbarlarının tikilməsi ilə bağlı tədbirlər görməyə çağırır. Məlumatlara görə, ölkənin qaz ötürücü operatoru National Gas tərəfindən yayılan hesabatda bildirilib ki, ötən il qaz anbarlarında enerji həcmi 18 min GWh olduğu halda, bu il bu göstərici 6 700 GWh-ə qədər azalıb. Maye qaz (LNG) terminallarında doluluq səviyyəsi də aşağı olaraq qalır. Ekspertlər qeyd edir ki, məhdud anbar tutumu Böyük Britaniyanı xarici mənbələrdən, xüsusilə ABŞ və Norveçdən qaz tədarükündən daha çox asılı vəziyyətə salıb. Mütəxəssislər yaxın aylarda enerji qiymətlərində artımın davam edə biləcəyini də istisna etmirlər.
Qaz ehtiyatı 2 günə qalıb
Leqal xəbər bildirirki, Böyük Britaniyada təbii qaz ehtiyatlarının kəskin azalması ilə bağlı narahatlıq artıb. Məlumata görə, ölkədə anbarlarda qalan qaz ehtiyatı cəmi 1,5–2 günə kifayət edə bilər. Bildirilib ki, qaz ehtiyatlarının bu səviyyəyə düşməsi fonunda qiymətlər də Avropa ortalamasını
11 baxış
3 dəq
