İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Qazaxıstan Xəzərdə genişmiqyaslı əməliyyat keçirdi: 44 gəmi saxlanıldı

Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti Xəzər dənizində qanunsuz fəaliyyətin qarşısının alınması məqsədilə xüsusi əməliyyat-profilaktik tədbirlər keçirib. Leqal Xəbər Zakon.kz-yə istinadən məlumat verir ki, qurumun oktyabrın 31-də yaydığı məlumata görə, Xəzər dənizində qanunsuz

12 baxış 3 dəq

Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti Xəzər dənizində qanunsuz fəaliyyətin qarşısının alınması məqsədilə xüsusi əməliyyat-profilaktik tədbirlər keçirib.

Leqal Xəbər Zakon.kz-yə istinadən məlumat verir ki, qurumun oktyabrın 31-də yaydığı məlumata görə, Xəzər dənizində qanunsuz fəaliyyətlə mübarizə çərçivəsində fəal tədbirlər görülür.

"Cari ilin oktyabr ayında dövlət orqanları ilə birgə keçirilən əməliyyat-profilaktik tədbirlər nəticəsində 126 hüquqpozucu və 44 kiçik ölçülü gəmi saxlanılıb. 11.5 kiloqram narkotik vasitə, həmçinin brakonyerlikdə istifadə olunan, ümumi uzunluğu 88 kilometr olan balıq ovu torları müsadirə edilib. Torlarda aşkarlanan nərə və digər balıq növlərinə aid 2 337 balıq təbii yaşayış mühitinə buraxılıb", - deyə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidmətindən bildirilib.

Qurumun məlumatına görə, 4.5 milyon tengedən (təxminən 16 875 manat) çox inzibati cərimə tətbiq edilib.

"Dövlətə dəyməsi mümkün olan 840 milyon tengedən (təxminən 3.16 milyon manat) çox ziyanın qarşısı alınıb", - deyə məlumatda qeyd olunub.

Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti Qazaxıstan vətəndaşlarını dənizdə müəyyən edilmiş rejimlərə riayət etməyə çağırıb.

Xəbəri paylaş Dostlarınıza göndərin