LEQAL XƏBƏR məlumat verir ki, İran Xarici İşlər Nazirliyi ölkənin Fars körfəzi dövlətlərinə qarşı hərbi zərbələr endirmədiyini bəyan edib.
Bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai keçirdiyi brifinqdə danışıb.
“Biz regionda heç bir ölkəyə hücum etməmişik. İranın hücumları yalnız ABŞ-nin regiondakı hərbi mövqelərinə yönəlib”, – deyə Bəqai bildirib.
Onun sözlərinə görə, Tehran region ölkələrindən dəfələrlə ABŞ-yə İrana qarşı hərbi əməliyyatlar üçün öz ərazilərindən istifadə etməyə icazə verməmələrini xahiş edib.
Qeyd edək ki, iyulun 13-nə keçən gecə ABŞ Silahlı Qüvvələrinin İran ərazisinə endirdiyi zərbələrdən sonra Tehran ABŞ-nin Bəhreyn, İordaniya və Küveytdə yerləşən bir neçə hərbi bazasını ballistik raketlər və pilotsuz uçuş aparatları ilə hədəfə almışdı.![]()