İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Qırğızıstan ŞƏT-də sədrliyi Pakistana təhvil verib

Qırğızıstan Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) sədrliyini başa çatdırıb və Pakistana təhvil verib. Leqalxeber.az xəbər verir ki, bu barədə Bişkekdə keçirilən ŞƏT-ə üzv dövlətlərin dövlət başçılarının iclasının yekunlarına əsasən məlumat verilib. Qırğızıstan 2025-2026-cı illərdə ŞƏT-ə sədrlik

6 baxış 3 dəq

Qırğızıstan Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) sədrliyini başa çatdırıb və Pakistana təhvil verib.

Leqalxeber.az xəbər verir ki, bu barədə Bişkekdə keçirilən ŞƏT-ə üzv dövlətlərin dövlət başçılarının iclasının yekunlarına əsasən məlumat verilib.

Qırğızıstan 2025-2026-cı illərdə ŞƏT-ə sədrlik edib. Sədrliyin əsas yekunu təşkilatın 25 illiyinə həsr olunmuş yubiley sammiti olub. Sammitdə ŞƏT-in 25 illiyinə həsr olunmuş Bişkek Bəyannaməsi və 30-dan çox sənəd imzalanıb.

“24.kg” portalı yazır ki, qəbul edilmiş qərarlar regional təhlükəsizlik, narkotiklərlə mübarizə, süni intellekt, informasiya təhlükəsizliyi, energetika, nəqliyyat və logistika, iqlim və biomüxtəlifliyin qorunması məsələlərini əhatə edir.

Növbəti sədrlik dövrü Pakistanın rəhbərliyi ilə həyata keçiriləcək. İslamabad təşkilatın fəaliyyətini koordinasiya etməli və dövlət başçılarının növbəti iclasını hazırlamalıdır.

Bundan əlavə, Pakistanın Lahor şəhəri 2026-2027-ci illər üçün ŞƏT-in turizm və mədəniyyət paytaxtı elan edilib.

Xəbəri paylaş Dostlarınıza göndərin