İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Qubada hamilə qadın xəstəxanada ölüb

LEQAL XƏBƏR xəbər verir ki, TƏBİB-in məlumatına görə, 2003-cü il təvəllüdlü qadın iyulun 15-i saat 01:00 radələrində Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çatdırılıb. Bildirilib ki, pasiyentə seftriakson inyeksiyasına qarşı IV dərəcəli anafilaktik şok və ölü döl diaqnozları

7 baxış 3 dəq

LEQAL XƏBƏR xəbər verir ki, TƏBİB-in məlumatına görə, 2003-cü il təvəllüdlü qadın iyulun 15-i saat 01:00 radələrində Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çatdırılıb.

Bildirilib ki, pasiyentə seftriakson inyeksiyasına qarşı IV dərəcəli anafilaktik şok və ölü döl diaqnozları qoyulub. Həkimlər tərəfindən dərhal zəruri tibbi yardım göstərilib.

Məlumata əsasən, qadın xəstəxanaya aqonal vəziyyətdə gətirilib, qəbul zamanı ürək fəaliyyəti və ritmi qeydə alınmayıb. Həkimlər ürəyin qapalı masajı və digər reanimasiya tədbirləri həyata keçirərək onun həyat fəaliyyətini müvəqqəti bərpa ediblər.

Sonradan tibbi göstəriş əsasında cərrahi əməliyyat aparılıb və ölü döl xaric edilib. Pasiyentin müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilsə də, görülən tədbirlər nəticə verməyib.

Qadının iyulun 15-i saat 17:10 radələrində bioloji ölümü qeydə alınıb.

TƏBİB-dən bildirilib ki, ölüm səbəbinin dəqiq müəyyənləşdirilməsi məqsədilə meyit Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsinə təhvil verilib.

Xəbəri paylaş Dostlarınıza göndərin