İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Qumbaranı evə Xədicənin qardaşı gətiribmiş

Ötən gün Xırdalanda baş vermiş partlayışın təfərrüatı məlum olub. Hadisə 19 yaşlı Xədicə Mustafayevanın həyətdə əl qumbarası ilə ehtiyatsız davranması nəticəsində meydana gəlib. Hadisə şahidi baş verənlərlə bağlı açıqlama verib: “Qızın həyətdə qanlar içində olduğunu gördüm. Əl nahiyəsi ağır

7 baxış 3 dəq

Ötən gün Xırdalanda baş vermiş partlayışın təfərrüatı məlum olub.

Hadisə 19 yaşlı Xədicə Mustafayevanın həyətdə əl qumbarası ilə ehtiyatsız davranması nəticəsində meydana gəlib.

Hadisə şahidi baş verənlərlə bağlı açıqlama verib:

“Qızın həyətdə qanlar içində olduğunu gördüm. Əl nahiyəsi ağır zədələnmişdi, qarın və baş nahiyəsindən ciddi xəsarətlər almışdı. Qardaşı onu avtomobilə qoyub xəstəxanaya aparmaq istədi. Xəstəxanaya aparsalar da, artıq yolda dünyasını dəyişmişdi”.

Qonşuların sözlərinə görə, ailənin dörd övladı olub. Xədicə Mustafayeva üç qardaşın bir bacısı idi. Elə həmin əl qumbarasını da qardaşlardan biri müxtəlif yolla əldə edərək evdə gizlədib.
Hadisə baş verən gün Xədicə onu evdə tapıb və ehtiyatsız davranış zamanı da məlum partlayış baş verib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.

Qeyd edilib ki, 19 yaşlı Xədicə idmanla məşğul olub. O, kikboksinq idman növü üzrə dəfələrlə müxtəlif turnirlərin qalibi olub.

Xəbəri paylaş Dostlarınıza göndərin