İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Qurban Qurbanov məğlubiyyətdən danışdı: "Hücum xəttimizdə çatışmazlıqlar var idi"

"İstəməzdim ki, oyun belə olsun". Bunu UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra keçirilən mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib. Baş məşqçi məğlub olmaq istəmədiklərini bildirib: "Çox həvəsli və istəkli idik. Əfsuslar

14 baxış 3 dəq
Qurban Qurbanov məğlubiyyətdən danışdı: "Hücum xəttimizdə çatışmazlıqlar var idi"

"İstəməzdim ki, oyun belə olsun".

Bunu UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra keçirilən mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib. Baş məşqçi məğlub olmaq istəmədiklərini bildirib:

"Çox həvəsli və istəkli idik. Əfsuslar olsun ki, belə oldu. Futbolda belə şeylər olur, səhvlərimiz də oldu. Çatışmazlıqlarımız var idi. Çox döyüşkən komandaya qarşı oynadıq. Konfrans Liqasının liqa mərhələsində oynamağı çox istəyərdik. Bundan sonra da işimizə məsuliyyətlə yanaşmalıyıq. Azarkeşlərimizə yaratdıqları möhtəşəm atmosferə görə təşəkkür edirəm. Hücum xəttimizdə çatışmazlıqlar var idi. Belə komandaya qarşı oyunda hücumda daha sürətli olmalı idik. Rəqib topla çox yaxşı rəftar edən komanda idi. Biz rəhbərliklə də heyəti yeniləməyə başlayanda geniş söhbətimiz olmuşdu. Heyətdə dəyişiklik lazım idi. Düşünürdük ki, bizə üç ay, hətta dekabra qədər vaxt lazımdır. Bunu nəzərə alsaq, bəlkə də avrokuboklarda olmamaq faydalı ola bilər. Amma Avropa təcrübəsi də pis olmazdı. Bu futbolçular üçün əlavə məsuliyyət və təcrübə demək idi".

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən "Qarabağ" - " Tvente" matçı 1:4 hesabi ilə başa çatıb. İlk görüşdə Azərbaycan təmsilçisi 1:0 hesablı qələbə qazanmışdı. Beləliklə, iki oyunun nəticəsinə əsasən 4:2 hesabı ilə qalib gələn "Tvente" UEFA Konfrans Liqasının liqa mərhələsinə vəsiqə qazanıb.


Xəbəri paylaş Dostlarınıza göndərin