Leqal xəbər məlumat verir ki, Tanınmış karateçi, 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayevin yenidən əməliyyat olunduğu bildirilib. Məlumata görə, idmançı 13-cü dəfə cərrahi əməliyyat keçirib.
Rafael Ağayev bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O qeyd edib ki, bu dəfə dizindən əməliyyat olunub və bunun həmin nahiyədən keçirilən 5-ci əməliyyat olduğunu bildirib.
İdmançının səhhəti ilə bağlı paylaşımı azarkeşləri arasında narahatlıq yaradıb. Sosial şəbəkələrdə Rafael Ağayevə çoxsaylı dəstək mesajları yazılıb.