İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Ərdoğanı Bakıya gətirən səbəb...

Türkiyə Cumhurbaqşanı Rəcəb Tayyib Ərdoğanın 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak etmək üçün Azərbaycan gəlməsi doğru qərardır. Leqal Xəbər Axar.az-a istinadən məlumat verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, iki müttəfiq

9 baxış 3 dəq

Türkiyə Cumhurbaqşanı Rəcəb Tayyib Ərdoğanın 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak etmək üçün Azərbaycan gəlməsi doğru qərardır.

Leqal Xəbər Axar.az-a istinadən məlumat verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, iki müttəfiq arasında hər hansı səbəbdən gərginlik yaranırsa, bunun ortadan qaldırılmasını uzatmaq lazım deyil:

"2009-cu ildə də belə olmuşdu. Həmin il Türkiyənin o zamankı xarici işlər naziri Əhməd Davudoğlu “qonşularla sıfır problem” konsepsiyası əsasında Ermənistanla sərhədi açmaq məqsədilə İsveçrədə prokotlları imzaladıqda, bu rəsmi Bakının narazılığına səbəb oldu. Çünki Türkiyə Azərbaycan torpaqlarının işğalı səbəbindən Ermənistanla sərhədi bağlamışdı. Azərbaycanın ərazi bütövlüyü təmin olunmadığı halda Türkiyənin Ermənistanla sərhədi açmağa hazırlaşmasə anlaşılmırdı. Nəticədə Azərbaycan-Türkiyə münasibətlərində gərginlik yarandı. Türkiyənin o zamankı baş naziri Rəcəb Tayyib Ərdoğan gərginliyi ortadan qaldırmaq üçün 2009-cu ilin may ayında Bakıya gəldi və Milli Məclisdə çıxış etdi. Rəcəb Tayyib Ərdoğan çıxışında bildirdi ki, Azərbaycan ərazi bütövlüyünü təmin etməyənə qədər Türkiyə Ermənistanla sərhədi açmayacaq. Dediyi kimi də oldu. Münasibətlər əvvəlki axarına qayıtdı. Bu dəfə də iki ölkə arasında gərginliyin ortadan qaldırılması üçün Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlməyi lazım bilib. Bu səfər də münasibətlərdəki mövcud suallara aydınlıq gətirməlidir. Ancaq son böhran onu da göstərdi ki, bir-birlərinin daxili işlərinə qarışmamaq şərti ilə müttəfiq dövlətlər arasında koordinasiyanın gücləndirilməsinə ehtiyac var".

Xəbəri paylaş Dostlarınıza göndərin