Leqal xəbər məlumat verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə yeni konstitusiya ilə bağlı müzakirələrə toxunaraq bildirib ki, “Türk millətinin yaxşı bir anayasa özləmi hələ də bitməyib”.
Ərdoğan çıxışında mövcud konstitusiyanın çevriliş dövrünün izlərini daşıdığını vurğulayıb və Türkiyənin daha müasir, demokratik və vətəndaş yönümlü əsas qanuna ehtiyac duyduğunu qeyd edib. O, yeni konstitusiya məsələsində siyasi partiyalara və cəmiyyətə birlik çağırışı edib.