İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

RESTORANI SOYDU, ƏRZAQLARI KASIBLARA PAYLADI

Bakıda ailəvi restoran qarət olunub. Hadisə Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində yerləşən restoranlardan birində qeydə alınıb. 42 yaşlı Zöhrab Mütəllimov (şərti adla) gecə saatlarında iaşə obyektinin pəncərəsindən qanunsuz içəri daxil olub. Bundan sonra restoranının 600 manat dəyərində 1 ədəd

6 baxış 3 dəq
RESTORANI SOYDU, ƏRZAQLARI KASIBLARA PAYLADI

Bakıda ailəvi restoran qarət olunub.

Hadisə Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində yerləşən restoranlardan birində qeydə alınıb.

42 yaşlı Zöhrab Mütəllimov (şərti adla) gecə saatlarında iaşə obyektinin pəncərəsindən qanunsuz içəri daxil olub. Bundan sonra restoranının 600 manat dəyərində 1 ədəd samovarını, 154 manat dəyərində 7 kiloqram quzu ətini, 90 manat dəyərində 5 kiloqram mal ətini, 88 manat dəyərində 8 kiloqram kənd toyuğunu, 90 manat dəyərində 2 kiloqram "Beluqa" balığını, hazır şişdə olan 88 manat dəyərində 4 kiloqram farş ətini, 140 manat dəyərində 7 ədəd "Banketnaya" markalı arağı və 20 manat dəyərində 10 ədəd “Duşes" şirin suyunu oğurlayıb. Bütün bu qida məhsullarını isə öz velosipedi ilə daşıyıb.

Faktla bağlı Zöhrab Mütəllimov saxlanılıb və barəsində cinayət işi başlanıb.

O, ifadəsində bildirib ki, oğurladığı ərzaq məshullarını və spirtli içkiləri Bakı şəhərində müxtəlif yerlərdə istifadə edib, bəzilərini isə küçələrdə yaşayan kimsəsiz şəxslərə istifadə etməsi üçün pay verib:

“Samovarı isə 42 manat 50 qəpiyə Nəsimi rayonu, 3-cü mikrorayon ərazisində metal qəbul edən yerə satmışam. Samovarın özümə məxsus olduğunu demişdim. Onun pulunu şəxsi ehtiyaclarım üçün xərcləmişəm”.

Zərərçəkən qismində ifadə verən restoranın icarədarı hadisə nəticəsində ona 1270 manat məbləğində ziyan vurulduğunu deyib. O, dəymiş ziyandan yalnız samovarın qaytarıldığın və digər zərərin ödənilmədiyini bildirərək, şikayətçi olduğunu və təqsirləndirilən şəxsə ədalətli cəza verilməsini xahiş edib.

Məhkəmənin qərarı ilə Zöhrab Mütəllimov 2 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbəri paylaş Dostlarınıza göndərin