Rusiya Silahlı Qüvvələri Ukraynanın Xarkov vilayətində daha bir yaşayış məntəqəsini nəzarətə götürdüyünü açıqlayıb.
LEQAL XƏBƏR verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, "Şimal" qoşun qruplaşmasının bölmələri Xarkov vilayətinin Petro-İvanovka yaşayış məntəqəsini nəzarət altına alıb.
Ukrayna tərəfi isə bu məlumatla bağlı hələlik rəsmi açıqlama verməyib.![]()