İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Rusiya səfiri: Moskva Yerevanla hərbi-texniki əməkdaşlığı davam etdirməyə hazırdır

Rusiya Ermənistanla hərbi-texniki sahədə əməkdaşlığı davam etdirməyə hazırdır. Leqal Xəbər-in məlumatına görə, Rusiyanın Yerevandakı səfiri Sergey Kopırkin bu barədə Ermənistanın İctimai Radiosuna müsahibəsində bildirib. "Bu (hərbi-texniki - red.) sahədə qarşılıqlı əlaqədə texniki və maddi

8 baxış 3 dəq
Rusiya səfiri: Moskva Yerevanla hərbi-texniki əməkdaşlığı davam etdirməyə hazırdır

Rusiya Ermənistanla hərbi-texniki sahədə əməkdaşlığı davam etdirməyə hazırdır.

Leqal Xəbər-in məlumatına görə, Rusiyanın Yerevandakı səfiri Sergey Kopırkin bu barədə Ermənistanın İctimai Radiosuna müsahibəsində bildirib.

"Bu (hərbi-texniki - red.) sahədə qarşılıqlı əlaqədə texniki və maddi baxımdan böyük təcrübə toplamışıq. Rusiya tərəfi bu əməkdaşlığı davam etdirməyə hazırdır", - o bildirib.

Moskva ilə Yerevan arasında təhlükəsizlik sahəsindəki etimadın itirilməsi və onun bərpası ehtimalı ilə bağlı şərh verən Kopırkin deyib: "Düşünürəm ki, bu mümkündür. Mən buna qarşı hədsiz pessimist olmazdım. Amma təbii ki, bu, tərəflərin siyasi iradəsindən asılı olacaq".

Onun sözlərinə görə, regionda və dünyada dəyişən geosiyasi vəziyyət kontekstində tərəflər arasında əməkdaşlıq formatlarına yenidən baxmaq lazımdır: "Əlbəttə, suallar yaranıb. Regionda və dünyada vəziyyət dəyişib və dəyişir. Bu, uyğunlaşma tələb edir. Transformasiyanın getdiyi bu mərhələdə suallar ortaya çıxır. Bunu istənilən şəkildə şərh etmək olar - etimadın azalması, şübhələrin yaranması və ya siyasi kursun yenidən qurulması. Bu, obyektiv prosesdir".

Xəbəri paylaş Dostlarınıza göndərin