LEQAL XƏBƏR məlumat verir ki, Rusiyanın Krasnoyarsk bölgəsinin Yenisey dairəsində meşəlik ərazidə iki qadının meyiti aşkarlanıb.
Məlumata görə, xilasedicilər tərəfindən tapılan qadınlar avqustun 31-də göbələk yığmaq məqsədilə evdən çıxıblar və bundan sonra itkin düşüblər.
Onların axtarışına polis əməkdaşları və könüllülər də cəlb olunub.
Tapılan qalıqların üzərində vəhşi heyvan hücumuna xas izlər müşahidə edilib. Qadınların ayı tərəfindən parçalandığı bildirilir.![]()