Leqal xəbər məlumat verir ki, Rusiyanın Sverdlovsk vilayətinin Severouralsk şəhərində əlində qumbara olan qadının görüntüləri ətrafdakılar arasında təşviş yaradıb.
Hadisə ilə bağlı polisə məlumat verildikdən sonra məsələ araşdırılıb. Araşdırma zamanı məlum olub ki, qadın muzey əməkdaşıdır və üzərindəki silah real təhlükə daşımayıb.
Bildirilir ki, o, sadəcə sərgi üçün silah nümunəsini aparırmış və hər hansı pis niyyəti olmayıb.![]()