İyulun 15-də Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.
LEQAL XƏBƏR xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumata əsasən, sabah Abşeron çimərliklərində şimal-qərb küləyinin arabir güclənəcəyi proqnozlaşdırılır.
Dəniz suyunun temperaturu şimal çimərliklərində — Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada 23-24°, cənub çimərliklərində — Türkan, Hövsan, Sahil və Şıxda isə 24-25° isti olacaq.