İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Sabaha olan hava proqnozu - QAR YAĞACAQ

Sentyabrın 30-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, bəzi saatlarda buludluluğun artacağı gözlənilir. “Legal Xəbər”in məlumatına görə, Milli Hidrometeorologiya Xidmətinin proqnozuna əsasən, paytaxtda gün ərzində əsasən yağmursuz hava şəraiti hökm sürəcək.

10 baxış 3 dəq

Sentyabrın 30-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, bəzi saatlarda buludluluğun artacağı gözlənilir.

“Legal Xəbər”in məlumatına görə, Milli Hidrometeorologiya Xidmətinin proqnozuna əsasən, paytaxtda gün ərzində əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Bununla belə, gecə saatlarında bəzi ərazilərdə qısamüddətli yağış yağması ehtimalı var.

Şimal-qərb küləyinin gündüz saatlarında şimal-şərq küləyi ilə əvəzlənəcəyi bildirilir.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 17-19 dərəcə, gündüz isə 21-25 dərəcə isti olacaq. Atmosfer təzyiqinin 760 mm civə sütunundan 763 mm civə sütununa yüksələcəyi, nisbi rütubətin gecə 70-75 faiz, gündüz 60-65 faiz təşkil edəcəyi gözlənilir.

Rayonlarda hava necə olacaq?

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə yağıntılı keçəcəyi proqnozlaşdırılır. Ayrı-ayrı ərazilərdə yağışın leysan xarakterli və intensiv olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimalı var.

Məlumata görə, sentyabrın 29-dan 30-na keçən gecə bəzi şərq rayonlarında yağıntıların güclənməsi, yüksək dağlıq ərazilərdə isə yağıntının qarla qarışıq yağması mümkündür.

Gecə və səhər saatlarında bəzi rayonlarda duman müşahidə ediləcək. Mülayim şərq küləyinin əsəcəyi gözlənilir.

Rayonlarda havanın temperaturu gecə 17-20 dərəcə, gündüz 25-29 dərəcə isti olacaq. Dağlıq ərazilərdə isə gecə 4-8 dərəcə, gündüz 10-15 dərəcə isti olacağı proqnozlaşdırılır.

Xəbəri paylaş Dostlarınıza göndərin