Leqal xəbər məlumat verir ki, Milli Məclisin sədri Sahibə Qafarova parlament nümayəndə heyəti ilə birlikdə Monteneqroya işgüzar səfərə gedib.
Məlumata görə, səfər çərçivəsində bir sıra rəsmi görüşlərin keçirilməsi nəzərdə tutulur. Nümayəndə heyətində Milli Məclisin deputatları və parlament aparatının rəsmiləri də yer alıblar.
Bildirilib ki, görüşlərdə Azərbaycan ilə Monteneqro arasında parlamentlərarası əlaqələr, siyasi dialoq, iqtisadi əməkdaşlıq və digər sahələr üzrə münasibətlərin inkişafı müzakirə olunacaq.