İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Sahibkar qadınlarımız regional innovasiyanın inkişafı üçün bir araya gəldilər

Bakıda Resource HUB və Holberton School-un birgə təşkilatçılığı ilə Azərbaycan İnnovasiya Mərkəzində “Qadın Sahibkarlığı və Regional İnnovasiya: Qlobal İnkişafa Doğru” mövzusunda dialoq sessiyası keçirilib. Resource HUB təşkilatında Leqal Xəbərə verilən məlumata görə, tədbirin əsas məqsədi

19 baxış 3 dəq

Bakıda Resource HUB və Holberton School-un birgə təşkilatçılığı ilə Azərbaycan İnnovasiya Mərkəzində “Qadın Sahibkarlığı və Regional İnnovasiya: Qlobal İnkişafa Doğru” mövzusunda dialoq sessiyası keçirilib.

Resource HUB təşkilatından Leqal Xəbər-ə verilən məlumata görə, tədbirin əsas məqsədi qadınların iqtisadi imkanlarının genişləndirilməsində innovasiya və texnologiyanın rolunu müzakirə etmək, regionlarda fəaliyyət göstərən qadın sahibkar icmalarının təcrübələrini bölüşmək, eləcə də onların rəqəmsal həllərə və yeni bazarlara çıxış imkanlarını araşdırmaq olub.

Tədbirin açılışında çıxış edən Holberton School Azərbaycanın Baş İcraçı Direktoru Şəmsi Bayramzadə qadın sahibkarlığının inkişafında texnologiya və innovasiyanın əhəmiyyətini vurğulayıb. O, Resource HUB ilə əməkdaşlığın vacibliyini qeyd edərək bu istiqamətdə birgə təşəbbüslərin gələcəkdə də davam etdirilməsinin əhəmiyyətindən danışıb.

Daha sonra qadınların iqtisadi səlahiyyətləndirilməsi, innovasiya və regional inkişaf üçün sektorlararası əməkdaşlığa həsr olunmuş panel müzakirəsi təşkil edilib.

Paneldə Resource HUB-un direktoru Gülnarə İsmailova, Beynəlxalq Özəl Sahibkarlıq Mərkəzinin (CIPE) proqram meneceri Şəlalə Kamilova və Google Developers Baku icmasının təşkilati heyətinin üzvü, Women in Data Science icmasının Bakı üzrə səfiri Sitarə Ağayeva iştirak ediblər.

Müzakirələr zamanı qadın sahibkarlığının inkişaf perspektivləri, regionlarda iqtisadi fəallığın artırılması, rəqəmsal bacarıqların gücləndirilməsi və innovativ yanaşmaların yerli biznes təşəbbüslərinə inteqrasiyası məsələlərinə toxunulub. Həmçinin dövlət, özəl sektor, təhsil müəssisələri və vətəndaş cəmiyyəti təşkilatları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Tədbirin xüsusi hissəsi regional qadın sahibkar icmalarının uğur və inkişaf hekayələrinə həsr olunub. Mingəçevir Qadın İcması, Göygöldə fəaliyyət göstərən Aurum Girls ekoturizm təsərrüfatı və Neftçala rayonundakı Qaraman İcma İnkişaf Mərkəzi öz fəaliyyətləri və yerli səviyyədə həyata keçirdikləri təşəbbüslər barədə məlumat veriblər.

Təqdimatlar sahibkar qadınların birgə fəaliyyəti, yerli resurslardan səmərəli istifadə və icma əsaslı sahibkarlıq təşəbbüslərinin regional inkişaf üçün yaratdığı imkanları nümayiş etdirib.

Tədbir çərçivəsində Holberton School-un məzun komandaları “İcma problemlərindən rəqəmsal həllərə” mövzusunda təqdimatlarla çıxış ediblər. Təqdimatlarda yerli icmaların ehtiyaclarına texnoloji yanaşmaların tətbiqi və rəqəmsal həllərin icma inkişafına mümkün töhfələri diqqətə çatdırılıb.

Sessiyanın sonunda keçirilən interaktiv müzakirələr zamanı iştirakçılar regional qadın sahibkar icmalarının dayanıqlı inkişafı üçün yalnız bilik və bacarıqların artırılmasının kifayət etmədiyini, eyni zamanda onların bazarlara, müasir texnologiyalara, rəqəmsal həllərə, biznes tərəfdaşlıqlarına və yeni gəlir imkanlarına çıxışının genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Qeyd olunub ki, qadın sahibkarlığının dəstəklənməsi, regional potensialın üzə çıxarılması və innovativ texnologiyaların yerli təşəbbüslərlə əlaqələndirilməsi inklüziv və dayanıqlı iqtisadi inkişaf baxımından mühüm əhəmiyyət daşıyır.

Resource HUB və Holberton School-un birgə təşəbbüsü qadın sahibkar icmaları, texnologiya mütəxəssisləri və digər maraqlı tərəflər arasında dialoqun inkişaf etdirilməsinə, təcrübə mübadiləsinə və gələcək əməkdaşlıq imkanlarının müzakirəsinə şərait yaradıb.



Xəbəri paylaş Dostlarınıza göndərin