İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Sahibkarların bu xərclərinın yarısını dövlət ödəyəcək

2027-2030-cu illərdə sənaye və kənd təsərrüfatı obyektlərinin elektrik şəbəkəsinə qoşulma haqqının yarısı dövlət tərəfindən ödəniləcək. Leqal Xəbər Trend-ə stinadla xəbər verir ki, tədbirdəki müxbirinin xəbərinə görə, bunu iqtisadiyyat nazirinin müavini Azər Bayramov Milli Məclisin üç komitəsinin

9 baxış 3 dəq
Sahibkarların bu xərclərinın yarısını dövlət ödəyəcək

2027-2030-cu illərdə sənaye və kənd təsərrüfatı obyektlərinin elektrik şəbəkəsinə qoşulma haqqının yarısı dövlət tərəfindən ödəniləcək.

Leqal Xəbər Trend-ə stinadla xəbər verir ki, tədbirdəki müxbirinin xəbərinə görə, bunu iqtisadiyyat nazirinin müavini Azər Bayramov Milli Məclisin üç komitəsinin bugünkü birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, sahibkarlığa dövlət dəstəyi hər zaman iqtisadi siyasətin əsas prioritetlərindən biri olub.

“İqtisadi siyasətin prioritetləri müəyyənləşdirilərkən özəl sektorun iqtisadi artımın, innovasiyaların və məşğulluğun aparıcı qüvvəsi olması daim diqqət mərkəzində saxlanılıb”, - deyə nazir müavini qeyd edib.

Onun sözlərinə görə, özəl sektorun inkişafı istiqamətində görülən işlər yeni müəssisələrin yaradılmasında, məşğulluğun artmasında, innovasiyaların tətbiqində, istehsalın və ixracın genişlənməsində müsbət nəticələrini göstərib.

A.Bayramov vurğulayıb ki, dövlətin dəstək tədbirləri Azərbaycanın əldə etdiyi makroiqtisadi göstəricilərə və qeyri-neft-qaz sektorunun inkişafına töhfə verir.

O bildirib ki, məhz bu təcrübə əsasında cari ildə sahibkarlar üçün yeni dəstək alətlərinin təqdim edilməsinə başlanılıb.

“Bakı və Abşeron iqtisadi rayonu nəzərə alınmadan digər ərazilərdə fəaliyyət göstərən sahibkarların kreditləri üzrə faizlərin yarısı artıq dövlət tərəfindən ödənilir”, – deyə nazir müavini bildirib.

A.Bayramovun sözlərinə görə, sahibkarlara verilən kreditlər üzrə zəmanətlərin limiti də 20 faizdən 50 faizədək artırılıb.

O qeyd edib ki, 2027-2030-cu illərdə sənaye və kənd təsərrüfatı obyektlərinin elektrik şəbəkəsinə qoşulma haqqının 50 faizi dövlət tərəfindən qarşılanacaq.

Bununla yanaşı, ixracatçıların daşıma və sertifikatlaşdırma xərclərinin bir hissəsi də kompensasiya olunur.

Xəbəri paylaş Dostlarınıza göndərin