İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

SAKİT OKEANDA BEŞ GÜN SOYUDUCUDA DREYF EDƏN İKİ BALIQÇI XİLAS OLUNUB

LEQAL XƏBƏR məlumat verir ki, Meksika sahillərində beş gün davam edən axtarış-xilasetmə əməliyyatı nəticəsində əlaqəsi kəsilən iki balıqçı sağ vəziyyətdə tapılıb. Məlumata görə, balıqçılarla avqustun 14-dən əlaqə saxlamaq mümkün olmayıb. Meksika Hərbi Dəniz Qüvvələrinin aviasiya və gəmilərdən

5 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, Meksika sahillərində beş gün davam edən axtarış-xilasetmə əməliyyatı nəticəsində əlaqəsi kəsilən iki balıqçı sağ vəziyyətdə tapılıb.

Məlumata görə, balıqçılarla avqustun 14-dən əlaqə saxlamaq mümkün olmayıb. Meksika Hərbi Dəniz Qüvvələrinin aviasiya və gəmilərdən istifadə etməklə apardığı axtarışlar nəticəsində onlar Çyapas ştatından təxminən 150 mil aralıda aşkarlanıblar.

Balıqçıların sağ qalmasına isə olduqca qeyri-adi vasitə kömək edib. Belə ki, onlar açıq dənizdə iri mavi soyuducunun üzərində qalaraq boğulmaqdan xilas olublar.

Patrul gəmisinin heyəti tərəfindən lentə alınan görüntülərdə soyuducunun okeanın dalğaları üzərində hərəkət etdiyi görünür. Məhz həmin konteynerin balıqçıların suyun üzündə qalmasına imkan verdiyi bildirilir.

Xilas edilən şəxslər hərbi gəminin göyərtəsinə qaldırılıb və onlara ilkin tibbi yardım göstərilib. Balıqçılardan birinin uzun müddət suda qalması səbəbindən vəziyyəti ağırlaşıb və onun xərəkdə daşınmasına ehtiyac yaranıb.

Müayinədən sonra hər iki balıqçı limana çatdırılıb və ailələrinə təhvil verilib.

Onların qayığının necə və hansı səbəbdən itib-batdığı və ya sıradan çıxdığı isə hələlik araşdırılır.

Xəbəri paylaş Dostlarınıza göndərin