İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

SENTYABRDA METEOR YAĞIŞI GÖRÜNƏCƏK

LEQAL XƏBƏR məlumat verir ki, sentyabrın 5-dən 21-dək Perseid meteor yağışı aktiv olacaq. Meteor yağışı maksimum aktivliyinə sentyabrın 9-da çatacaq. Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, sentyabr Perseidləri çox sürətlidir. Onların

5 baxış 3 dəq
SENTYABRDA METEOR YAĞIŞI GÖRÜNƏCƏK

LEQAL XƏBƏR məlumat verir ki, sentyabrın 5-dən 21-dək Perseid meteor yağışı aktiv olacaq. Meteor yağışı maksimum aktivliyinə sentyabrın 9-da çatacaq.

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, sentyabr Perseidləri çox sürətlidir. Onların atmosferə daxilolma sürəti təxminən 64-65 km/san-dir. Meteor yağışının mənbəyi Persey (Perseus) bürcündə, Persey ulduzunun yaxınlığında yerləşir.

Bu meteor yağışını avqust Perseidləri ilə qarışdırmaq olmaz. Avqust Perseidlərinin mənbəyi “109P/Swift-Tuttle” kometası olduğu halda, sentyabr Perseidlərinin ana cismi hələ dəqiq müəyyən edilməyib.

Müşahidələr və orbital hesablamalar bu meteorların uzunperiodlu, retroqrad orbitdə hərəkət edən, hələ kəşf edilməmiş bir kometadan yarandığını göstərir.

Bakıdan baxanda meteor yağışı təxminən saat 19:32-də üfüqün şərq tərəfində görünəcək və səhərə qədər aktiv qalacaq. Ən əlverişli müşahidə vaxtı sentyabrın 9-da gecə və xüsusilə gecəyarısından sonra sübhə yaxın saatlardır.

Əlverişli hava şəraitində saatda təxminən 4 meteor müşahidə etmək mümkündür. Meteor yağışının maksimumu Yeni Ay fazasına yaxın baş verəcəyindən Ay işığı müşahidələrə, demək olar ki, mane olmayacaq.

Meteorları izləmək üçün teleskop tələb olunmur. Şəhər işıqlarından uzaq ərazidə adi gözlə müşahidə etmək və radianta deyil, ondan təxminən 30-40° uzaqdakı səma sahəsinə baxmaq daha məqsədəuyğundur.

Xəbəri paylaş Dostlarınıza göndərin