Görkəmli yazıçı, publisist Seyran Səxavət Xəzər TV rəhbəri Murad Dadaşova video müraciət ünvanlayıb. Leqal Xəbər məlumat verir ki, əslində bu müraciət şikayət xarakterlidir, çünki qocaman yazıçı qonaq olduğu verilişə öz iradlarını bildirib. O video müraciətində belə deyib: " Noyabrın 3-də Xəzər TV-də səhər verilişinin qonağı oldum. Orada çıxışım zamanı dediklərim, rəsmi statistik məlumatlar nə səbəbdənsə, efirə verilməyib, kəsilib. Mən 81 yaşında dünyanı redaktə edirəm, mənim fikirlərimi kimsə kəsə və ya redaktə edə bilməz. Mənim redaktə olunan vaxtım çoxdan keçib."
Qeyd edək ki, yazıçının qəzəbinə səbəb olan "İncə səhər" verilişinin aparıcısı Vüsalə Əlizadədir. Aparıcının qeyri-peşəkar davranışları və qonaqlarla rəftarında yol verdiyi qüsurlar ilk dəfə deyil. Bu səbəbdən dəfələrlə tənqid olunub.