İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Səməd Bəşirli: "Azərbaycan son 6 ildə 49 milyard dollar xarici investisiya cəlb edib"

Leqal Xəbər bildirir ki, 2020-2025-ci illərdə Azərbaycan iqtisadiyyatına təxminən 49 milyard ABŞ dolları xarici investisiya qoyulub, bunun 36 milyard ABŞ dollarını birbaşa xarici investisiyalar təşkil edib. "Report"un Xankəndiyə ezam olunan əməkdaşı xəbər verir ki, bunu Qarabağ

8 baxış 3 dəq

Leqal Xəbər məlumat verir ki, 2020-2025-ci illərdə Azərbaycan iqtisadiyyatına təxminən 49 milyard ABŞ dolları xarici investisiya qoyulub, bunun 36 milyard ABŞ dollarını birbaşa xarici investisiyalar təşkil edib.

Repost-un Xankəndiyə ezam olunan əməkdaşı xəbər verir ki, bunu Qarabağ Universitetində keçirilən "Qarabağda DİM anı: Gələcək üçün Azərbaycan–BMT tərəfdaşlığı" adlı yüksək səviyyəli strateji dialoq çərçivəsində iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli bildirib.

Onun sözlərinə görə, 2021-2025-ci illər ərzində ölkə iqtisadiyyatı hər il orta hesabla 3,4 % böyüyüb: "O cümlədən qeyri neft-qaz sektorunda 6 %, onun tərkib hissəsi olan qeyri-neft-qaz sənayesində isə 1,5 dəfə artım olub. Ölkənin qeyri-neft-qaz ixracı isə 2 dəfə artıb. Azərbaycanda son illər həyata keçirilən iqtisadi siyasət, makroiqtisadi sabitliyin qorunmasına, iqtisadiyyatın şaxələndirilməsinə, maliyyə dayanıqlılığının gücləndirilməsinə xidmət edib".

Bundan başqa, nazir müavini deyib ki, "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədində müəyyən edilmiş hədəflər BMT-nin dayanıqlı inkişaf məqsədləri ilə uzlaşır: "Azərbaycan 2030 gündəliyinə sadiqliyini nümayiş etdirərək, indiyə qədər 4 dəfə BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna könüllü milli hesabat təqdim edib. 5-ci hesabatın 2027-ci ildə təqdim edilməsi nəzərdə tutulur".

Xəbəri paylaş Dostlarınıza göndərin