LEQAL XƏBƏR xəbər verir ki, bu barədə hərrac evinin rəsmi saytında məlumat dərc olunub.
Məlumata görə, lot amerikalı astronavt Bazz Oldrinin ailəsi tərəfindən satışa çıxarılıb və onun ilkin dəyəri 7-10 min ABŞ dolları arasında qiymətləndirilib. Bayraqla birlikdə onun mənşəyini təsdiqləyən və astronavt tərəfindən imzalanmış məktub da təqdim olunur.
Lotun təsvirində qeyd edilir ki, 4x6 düym ölçüsündə qırmızı-sarı SSRİ bayrağı 1969-cu ilin iyulunda həyata keçirilən tarixi "Apollon-11" ekspedisiyası zamanı "Columbia" komanda modulunun göyərtəsində olub. Oldrin bayrağın üzərinə "Apollo XI ilə Aya uçub" sözlərini yazıb.
Astronavt bildirib ki, sovet bayrağını xoşməramlı jest kimi və Aya enişin yalnız ABŞ-nin deyil, bütün bəşəriyyətin nailiyyəti olduğunu simvolizə etmək məqsədilə özü ilə aparıb. Onun şəxsi əşyaları arasında ABŞ bayrağı ilə yanaşı, Texas və Nyu-Cersi ştatlarının, həmçinin SSRİ-nin bayraqları da yer alıb.
Xatırladaq ki, 1969-cu il iyulun 20-də amerikalı astronavtlar Nil Armstronq və Bazz Oldrin "Apollon-11" missiyası çərçivəsində Ayın səthinə ayaq basaraq bəşər tarixində ilk belə nailiyyətə imza atıblar.![]()