İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Sükanı olmayan taksilər üçün yeni addım: Mask planını açıqladı

ABŞ-nin "Tesla" şirkəti "Cybercab" robototaksisinin istehsalını artırmaq məqsədilə 2027-ci ildə Texasdakı "Gigafactory" zavodunda "Cybertruck" elektrik pikapının istehsalını azaltmağı planlaşdırır. Leqal Xəbər-in məlumatına görə, bu barədə

7 baxış 3 dəq
Sükanı olmayan taksilər üçün yeni addım: Mask planını açıqladı

ABŞ-nin "Tesla" şirkəti "Cybercab" robototaksisinin istehsalını artırmaq məqsədilə 2027-ci ildə Texasdakı "Gigafactory" zavodunda "Cybertruck" elektrik pikapının istehsalını azaltmağı planlaşdırır.

Leqal Xəbər-in məlumatına görə, bu barədə "Tesla"nın rəhbəri İlon Mask "X" hesabında paylaşım edib.

"Gələn ilin ortalarında "Tesla" "Gigafactory Texas" zavodunda "Cybertruck" istehsalını tədricən azaltmağa başlayacaq. Məqsəd "Cybercab" istehsalını artırmaq üçün əlavə istehsal gücü ayırmaqdır", - deyə paylaşımda bildirilib.

Xatırladaq ki, İlon Mask "Cybercab" robototaksisini 2024-cü ilin oktyabrında təqdim edib. O bildirib ki, bu avtomobillər tam avtonom olacaq və sürücü üçün idarəetmə mexanizmləri ilə təchiz edilməyəcək.

Maskın sözlərinə görə, sahibkarlar üçün bir robototaksinin qiyməti 30 000 dollar təşkil edəcək. Xidmətdən istifadə edən sərnişinlər isə səfərin hər mili (təxminən 1,6 kilometr) üçün 30-40 sent ödəyəcəklər.

Xəbəri paylaş Dostlarınıza göndərin