İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Sumqayıtda peşə məktəbi sökülərək yerində yaşayış binası tikiləcək?

İllərdir fəaliyyət göstərməyən peşə liseyinin binası sökülərək yerində yaşayış kompleksi inşa ediləcək. Bu iddia ilə Sumqayıtda yerləşən keçmiş 35 saylı peşə məktəbinin binasında məskunlaşan sakinlər müraciət ediblər. Leqal Xəbər "Xəzər" TV-yə istinadən məlumat verir ki, sakinlərin

8 baxış 3 dəq
Sumqayıtda peşə məktəbi sökülərək yerində yaşayış binası tikiləcək?

İllərdir fəaliyyət göstərməyən peşə liseyinin binası sökülərək yerində yaşayış kompleksi inşa ediləcək. Bu iddia ilə Sumqayıtda yerləşən keçmiş 35 saylı peşə məktəbinin binasında məskunlaşan sakinlər müraciət ediblər.

Leqal Xəbər "Xəzər" TV-yə istinadən məlumat verir ki, sakinlərin sözlərinə görə, istismar müddəti başa çatan binada 2011-ci ildən dörd ailə yaşayır. Onlardan ikisinin məcburi köçkün olduğu bildirilir.

Binanın söküləcəyi ilə bağlı sakinlərə məlumat verilsə də, köçürülmə, yaşayış yeri ilə təminat və digər məsələlərin hansı prosedurla həyata keçiriləcəyi barədə onlara heç bir məlumat verilməyib.

Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, sözügedən ərazidə yaşayış binasının tikintisi nəzərdə tutulmayıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən isə bildirilib ki, ərazidə mövcud peşə təhsili infrastrukturunun yenilənməsi, müasir standartlara cavab verən və müasir infrastruktura malik yeni peşə təhsili müəssisəsinin inşası planlaşdırılır.

Xəbəri paylaş Dostlarınıza göndərin