LEQAL XƏBƏR məlumat verir ki, Tacikistan Əfqanıstanın Bədəxşan vilayətində baş verən silahlı toqquşmalar zamanı Tacikistan vətəndaşının həlak olması ilə əlaqədar Kabilə etiraz notası göndərib.
Tacikistan Xarici İşlər Nazirliyinin məlumatına görə, Əfqanıstanın Bədəxşan vilayətində son günlər davam edən silahlı qarşıdurmalar ölkənin sərhədyanı ərazilərinin təhlükəsizliyi üçün ciddi təhdid yaradıb.
Düşənbə Tacikistanın hava məkanının pozulması, yaşayış evlərinə ziyan dəyməsi və Dərvaz rayonunda dinc sakinin həyatını itirməsi ilə bağlı Əfqanıstan tərəfinə kəskin etirazını bildirib.
Tacikistan XİN Əfqanıstan tərəfdən dövlət sərhədinin toxunulmazlığına riayət edilməsini və oxşar hadisələrin təkrarlanmaması üçün təsirli tədbirlər görülməsini tələb edib.
Qeyd edək ki, Tacikistanla həmsərhəd Əfqanıstanın Bədəxşan vilayətində son vaxtlar “Taliban”la ona qarşı çıxan qüvvələr arasında silahlı toqquşmalar intensivləşib.
Məlumata görə, avqustun 13-də Pənc çayının Əfqanıstan sahilindən açılan atəş nəticəsində Tacikistanın Dərvaz rayonunun Dəştək kənd sakini həlak olub.![]()