Leqal xəbər məluçat verir ki, Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin sabiq sədri Bəhrüz Əsgərovun işi üzrə keçirilən məhkəmə prosesində diqqətçəkən iddialar səsləndirilib. İstintaqa görə, o və digər şəxslər 2018–2020-ci illərdə dövlət büdcəsindən ayrılmış 5 milyon manatdan artıq vəsaiti mənimsəməkdə ittiham olunur. Əsgərov əvvəlki ifadələrində Naxçıvan MR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovu və sabiq komitə rəhbəri Hicran Rüstəmovu korrupsiyada ittiham edib. Vəkil Asim Abbasov bildirib ki, həm ittiham, həm də müdafiə tərəfinin vəsatəti əsasında Vasif Talıbov məhkəmədə şahid qismində dindirilə bilər. Onun sözlərinə görə, ifadə zamanı cinayət tərkibi müəyyən olunarsa, məhkəmə “xüsusi qərar” çıxararaq məsələnin araşdırılması üçün istintaq orqanlarına göndərilməsi mümkündür. Hazırda iş üzrə araşdırma davam edir.
Talıbovla bağlı “xüsusi qərar” gündəmdə
Leqal xəbər məluçat verir ki, Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin sabiq sədri Bəhrüz Əsgərovun işi üzrə keçirilən məhkəmə prosesində diqqətçəkən iddialar səsləndirilib. İstintaqa görə, o və digər şəxslər 2018–2020-ci illərdə dövlət büdcəsindən ayrılmış 5 milyon manatdan artıq vəsaiti
19 baxış
3 dəq
