Leqal xəbər bildirirki, Sosial şəbəkələrdə fəaliyyət göstərən “Nə yeyib, nə içirik?” səhifəsi “TamStore” supermarketlər şəbəkəsi ilə bağlı ciddi iddialar irəli sürüb.
Paylaşılan videoya əsasən, marketdə tərkibi və istehsal tarixi məlum olmayan kolbasaların, həmçinin kiflənmiş və qaralmış yağların satışa çıxarıldığı iddia olunur.
Məlumatda bildirilir ki, bəzi yağ məhsullarının endirim adı ilə rəflərə düzülməsinə baxmayaraq, onların yararsız vəziyyətdə olduğu müşahidə edilib. İddialara görə, məhsullar üzərində lazımi nəzarət aparılmadan satışa təqdim olunub. Bununla yanaşı, açıq formada satılan bəzi kolbasa məhsullarının da mənşəyi ilə bağlı suallar yaranıb. Məsələ ilə bağlı “TamStore” tərəfindən hələlik rəsmi açıqlama verilməyib.
“TamStore”la bağlı qalmaqal
Leqal xəbər bildirirki, Sosial şəbəkələrdə fəaliyyət göstərən “Nə yeyib, nə içirik?” səhifəsi “TamStore” supermarketlər şəbəkəsi ilə bağlı ciddi iddialar irəli sürüb. Paylaşılan videoya əsasən, marketdə tərkibi və istehsal tarixi məlum olmayan kolbasaların, həmçinin kiflənmiş və qaralmış yağların
12 baxış
3 dəq
