“Legal Xəbər”in əldə etdiyi məlumata görə, uzun illər media sahəsində fəaliyyət göstərən iqtisadçı-ekspert 54 yaşında dünyasını dəyişib.
Yaxınlarının verdiyi məlumata əsasən, Pərviz Heydərov pnevmoniya səbəbindən vəfat edib.
Pərviz Heydərov iqtisadiyyatla bağlı mövzularda ekspert kimi çıxış edib, ölkədə baş verən iqtisadi proseslər, maliyyə, inflyasiya, sosial-iqtisadi məsələlər və digər aktual mövzularla bağlı fikirlərini mediada bölüşüb.
O, həmçinin “Oxu.Az” xəbər portalında iqtisadçı-ekspert kimi fəaliyyət göstərib və müxtəlif illərdə iqtisadi mövzuların ictimaiyyətə çatdırılmasında iştirak edib.
İqtisadçı-ekspertin vəfatı yaxınları, həmkarları və onu tanıyanlar tərəfindən təəssüflə qarşılanıb.