İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Tatarıstana PUA hücumu: 10 nəfər öldü - matəm elan olundu

LEQAL XƏBƏR məlumat verir ki, avqustun 10-da səhər saatlarında Rusiyanın Tatarıstan Respublikasının Nijnekamsk şəhərində güclü partlayış səsləri eşidilib. Məlumata görə, yerli sakinlər şəhər üzərində pilotsuz uçuş aparatlarının (PUA) uçduğunu müşahidə edib. Sosial şəbəkələrdə yayılan məlumatlarda

6 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, avqustun 10-da səhər saatlarında Rusiyanın Tatarıstan Respublikasının Nijnekamsk şəhərində güclü partlayış səsləri eşidilib.

Məlumata görə, yerli sakinlər şəhər üzərində pilotsuz uçuş aparatlarının (PUA) uçduğunu müşahidə edib. Sosial şəbəkələrdə yayılan məlumatlarda isə hücumun neft emalı zavoduna yönəldiyi bildirilib.

İlkin məlumatlara əsasən, sakinlər bir neçə PUA-nın uçuşunu görüb və ardınca partlayış səsləri eşidiblər. Qısa müddət sonra hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Tatarıstan rəhbərinin mətbuat xidməti Nijnekamsk şəhərinə kütləvi PUA hücumu edildiyini təsdiqləyib.

Rəsmi açıqlamada bildirilib ki, hücum zamanı həm istehsalat, həm də mülki obyektlər hədəfə alınıb. Hadisə nəticəsində ölənlərin olduğu açıqlanıb.

Bundan başqa, hadisə ilə əlaqədar Nijnekamskda matəm elan edildiyi bildirilib.

Qeyd edək ki, Nijnekamsk Rusiyanın əsas neft emalı mərkəzlərindən biridir. Şəhərdə “TANEKO” və “TAIF-NK” kimi iri neft emalı müəssisələri fəaliyyət göstərir.

Sözügedən müəssisələr neft və qaz kondensatının emalı üzrə ixtisaslaşıb və Rusiyanın yanacaq-energetika infrastrukturunun mühüm obyektləri hesab olunur.

Nijnekamskdakı neft emalı müəssisələri daha əvvəl də dəfələrlə PUA hücumlarının hədəfinə çevrilib.

Xəbəri paylaş Dostlarınıza göndərin