Legal Xəbər məlumat verir ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) sürücülərə müraciət edərək yol hərəkəti zamanı diqqətli olmağa çağırıb.
Mərkəzin məlumatına görə, paytaxt yollarında baş verən yol-nəqliyyat hadisələrinin əhəmiyyətli hissəsi sürücülərin diqqətinin yayınması, xüsusilə də sükan arxasında mobil telefondan istifadə etməsi ilə bağlıdır.
Bildirilib ki, hərəkət zamanı telefona baxmaq, mesaj yazmaq və ya sosial şəbəkələrdən istifadə etmək sürücünün yola nəzarətini zəiflədir, qəza riskini dəfələrlə artırır və ağır nəticələrə səbəb ola bilir.
NİİM sürücülərdən yol hərəkəti qaydalarına ciddi əməl etməyi, sükan arxasında mobil telefondan istifadə etməməyi və həm özlərinin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini düşünməyi xahiş edib.