Ceyhun Bayramov: Ermənistanın yeni konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası olmamasını müsbət qiymətləndiririk İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu

Terminallarda Birbank ödənişlərinə komissiya tətbiq olunur

2026-cı il 10 sentyabr tarixindən etibarən “MPAY” MMC-yə məxsus ödəniş terminallarında Birbank əməliyyatlarına komissiya tətbiq olunacaq. Komissiya dərəcələri Birbank xidmətləri üzrə aşağıdakı əməliyyatlara şamil ediləcək: Karta və hesaba mədaxil üzrə – əməliyyat məbləğinin 0,3%-i həcmində

6 baxış 3 dəq

2026-cı il 10 sentyabr tarixindən etibarən “MPAY” MMC-yə məxsus ödəniş terminallarında Birbank əməliyyatlarına komissiya tətbiq olunacaq.

Komissiya dərəcələri Birbank xidmətləri üzrə aşağıdakı əməliyyatlara şamil ediləcək:

Karta və hesaba mədaxil üzrə – əməliyyat məbləğinin 0,3%-i həcmində komissiya;

Kredit ödənişləri üzrə – 1 AZN məbləğində komissiya.

İstifadəçilərdən ödəniş əməliyyatlarını həyata keçirməzdən əvvəl yenilənmiş tarif şərtlərini nəzərə almaları xahiş olunur.

Qeyd edək ki, komissiya şərtlərinin tətbiqi yalnız Birbank xidmətləri üzrə müvafiq əməliyyatlara şamil olunur.

Digər bank və xidmət ödənişləri üzrə mövcud komissiya dərəcələrində hər hansı dəyişiklik nəzərdə tutulmur.

İstifadəçi məmnuniyyətini əsas prioritet hesab edən “MPAY” MMC ödəniş prosesinin rahat, əlçatan və etibarlı şəkildə həyata keçirilməsinə xüsusi önəm verir. Şirkət ödəniş şərtlərindəki dəyişikliklər barədə istifadəçilərin aydın və şəffaf şəkildə məlumatlandırılmasını, onların rahat ödəniş təcrübəsinin təmin edilməsini əsas prinsiplərindən biri hesab edir.

Məlumat üçün bildirək ki, “MPAY” MMC Azərbaycan Respublikası Mərkəzi Bankının 11.07.2024 tarixli EPT-006 nömrəli lisenziyası əsasında fəaliyyət göstərir.

Xəbəri paylaş Dostlarınıza göndərin