İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Təhlükəsiz məhsul naminə verilən akkreditasiya attestatlarının sayı açıqlanıb

Hazırda Azərbaycanda qüvvədə olan akkreditasiya attestatlarının ümumi sayı 369-dur. Leqal Xəbər APA-ya istinadən məlumat verir ki, bunu Azərbaycan Akkreditasiya Mərkəzinin (AzAK) direktoru Emin Zeynalov “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya, onun ictimai əhəmiyyəti və keyfiyyətin

7 baxış 3 dəq
Təhlükəsiz məhsul naminə verilən akkreditasiya attestatlarının sayı açıqlanıb

Hazırda Azərbaycanda qüvvədə olan akkreditasiya attestatlarının ümumi sayı 369-dur.

Leqal Xəbər APA-ya istinadən məlumat verir ki, bunu Azərbaycan Akkreditasiya Mərkəzinin (AzAK) direktoru Emin Zeynalov “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya, onun ictimai əhəmiyyəti və keyfiyyətin təmin olunmasında rolu” mövzusunda keçirilən media təlimində bildirib.

Onun sözlərinə görə, akkreditasiya attestatları sınaq və kalibrləmə laboratoriyalarına, sertifikatlaşdırmanı həyata keçirən qurumlara və inspeksiya orqanlarına verilib.

Emin Zeynalov qeyd edib ki, akkreditasiya attestatlarının verilməsi həmin qurumların fəaliyyətinin müəyyən edilmiş tələblərə uyğunluğunu və texniki səriştəliliyini təsdiqləyir.

“Bu isə bazarda keyfiyyətli və təhlükəsiz məhsul və xidmətlərin təşviqinə, sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılmasına və sağlam rəqabət mühitinin formalaşmasına xidmət edir”, – deyə o vurğulayıb.

AzAK direktoru əlavə edib ki, Mərkəzin əsas məqsədi akkreditasiya sistemini beynəlxalq standartlara uyğun inkişaf etdirmək, uyğunluğun qiymətləndirilməsi qurumlarının səriştəliliyini təsdiqləmək və ölkədə keyfiyyət infrastrukturunu gücləndirməkdir.

Xəbəri paylaş Dostlarınıza göndərin