Leqal Xəbər bildiribki,
“TikTok” təhqirinə 25 sutka həbs
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində “TikTok” sosial şəbəkəsində saxta hesablar vasitəsilə vətəndaşları təhqir edən şəxs saxlanılıb. Araşdırmalar zamanı həmin şəxsin 27 yaşlı Ağsu sakini İlham Abdullayev olduğu müəyyən edilib. Onun müxtəlif profillərdən istifadə edərək sosial şəbəkədə təhqiramiz paylaşımlar etdiyi bildirilib. Toplanmış materiallar məhkəməyə təqdim olunub. Məhkəmənin qərarına əsasən, İlham Abdullayev 25 sutka müddətinə inzibati qaydada həbs edilib.
