Milli Məclis dövlət ümumi təhsil müəssisələrində geyim tələblərinə riayət olunmasını nəzərdə tutan qanun dəyişikliyini üçüncü oxunuşda qəbul edib.
LEQAL XƏBƏR verir ki, bununla bağlı "Ümumi təhsil haqqında" qanuna dəyişiklik layihəsi parlamentin növbədənkənar sessiyasının bugünkü plenar iclasında müzakirə olunub.
Bildirilib ki, dəyişiklik mövcud geyim qaydalarının hüquqi əsaslarını daha da dəqiqləşdirmək və onların bütün dövlət ümumi təhsil müəssisələrində vahid şəkildə tətbiqini təmin etmək məqsədi daşıyır.
Sənəddə təhsilverənlər üçün də geyimlə bağlı hüquqi əsasın yaradılması nəzərdə tutulur.
Qeyd olunub ki, dəyişiklik dövlət ümumi təhsil müəssisələrində peşəkar iş mühitinin və təşkilati mədəniyyətin daha da möhkəmləndirilməsinə xidmət edəcək.
Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq son oxunuşda qəbul edilib.![]()