İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

“TikTok”da 378 minlik dələduzluq.

Bakı Ağır Cinayətlər Məhkəməsində “TikTok” platformasında “Daşqın əmlak ofisi” adlı səhifə vasitəsilə bir qrup vətəndaşa qarşı dələduzluq etməkdə təqsirləndirilən Daşqın Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm

11 baxış 3 dəq

Bakı Ağır Cinayətlər Məhkəməsində “TikTok” platformasında “Daşqın əmlak ofisi” adlı səhifə vasitəsilə bir qrup vətəndaşa qarşı dələduzluq etməkdə təqsirləndirilən Daşqın Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm elan olunub.

Məhkəmənin hökmü ilə Daşqın Məmmədov 2 il müddətinə müəyyən vəzifələrdə işləmək hüququndan məhrum edilməklə 8 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama əsasən, Daşqın Məmmədov “TikTok” platformasında fəaliyyət göstərən “Daşqın əmlak ofisi” adlı səhifə vasitəsilə vətəndaşlara mənzil satışı ilə bağlı müxtəlif təkliflər təqdim edib. Zərərçəkmiş şəxslər isə mənzil sahibi olmaq ümidi ilə həmin təkliflərə inanaraq pul vəsaitlərini ödədiklərini, sonradan vəsaitlərini geri ala bilmədiklərini bildiriblər.

Məhkəmə materiallarına əsasən, cinayət işi üzrə zərərçəkmiş şəxslərə ümumilikdə 378 min manat məbləğində maddi ziyan dəydiyi müəyyən edilib.

İş üzrə bəzi zərərçəkmiş şəxslər həmçinin həmin şirkətin sosial şəbəkələrdə tanınmış bloqerlərin iştirakı ilə reklamlarının yayımlandığını bildiriblər.


Xəbəri paylaş Dostlarınıza göndərin