İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Tiktokda icra başçısını təhqir edən həbs olundu

Tiktokda canlı yayım açaraq sərxoş halda Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyevin və digər şəxslərin ünvanına təhqiredici, nalayiq, qeyri-etik sözlər işlədən şəxs inzibati qaydada həbs olunub. Leqal Xəbər Xitab24.az-a istinadla xəbər verir ki, məsələ ilə bağlı 1990-cı il təvəllüdlü

6 baxış 3 dəq
Tiktokda icra başçısını təhqir edən həbs olundu

Tiktokda canlı yayım açaraq sərxoş halda Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyevin və digər şəxslərin ünvanına təhqiredici, nalayiq, qeyri-etik sözlər işlədən şəxs inzibati qaydada həbs olunub.

Leqal Xəbər Xitab24.az-a istinadla xəbər verir ki, məsələ ilə bağlı 1990-cı il təvəllüdlü Yevlax sakini barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında əməlindən peşman olduğunu, icra başçısından heç bir şikayəti olmadığını, əksinə Anar Tağıyevin onu işlə təmin edib kreditini bağladığını bildirib.

Canlı yayım açan zaman sərxoş olduğunu bildirən şəxs, Vətən müharibəsi iştirakçısı olmaqla yanaşı, üç medalla təltif olunduğunu deyib.

Yevlax Rayon Məhkəməsinin qərarına əsasən, 36 yaşlı şəxs 15 sutka inzibati qaydada həbs edilib.

Xəbəri paylaş Dostlarınıza göndərin