TikTok-da “İsican” adı ilə canlı yayımlar edən 2001-ci il təvəllüdlü İsa Quliyev polis tərəfindən saxlanılıb.
Buna səbəb onun canlı yayım zamanı söyüş söyməsi olub.
İsa Quliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə protokol tərtib edilərək iş Cəlilabad Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə İsa Quliyev 15 sutka inzibati qaydada həbs edilib.