İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Totti futbolu basketbola dəyişdi

Futbol üzrə İtaliya millisinin heyətində 2006-cı ilin dünya çempionu Françesko Totti "Maksima Roma" basketbol klubunun müşaviri olub. Bu barədə o, "Instagram" səhifəsində məlumat verib. "Mən yeni stimul istəyirdim və yeni bir çağırışı qəbul edərək özümü sınamaq həvəsini

8 baxış 3 dəq
Totti futbolu basketbola dəyişdi

Futbol üzrə İtaliya millisinin heyətində 2006-cı ilin dünya çempionu Françesko Totti "Maksima Roma" basketbol klubunun müşaviri olub.

Bu barədə o, "Instagram" səhifəsində məlumat verib.

"Mən yeni stimul istəyirdim və yeni bir çağırışı qəbul edərək özümü sınamaq həvəsini hiss edirdim. Mənə təklif olunan rol və ən başlıcası layihə məni elə ilk andan inandırdı. Biz Romaya və romalılara azarkeşlik edə biləcəkləri, fəxr edəcəkləri və özlərini tapacaqları bir basketbol komandası hədiyyə etmək istəyirik", - deyə Totti yazıb.

49 yaşlı Totti klubun azarkeşlərlə işinə və sosial layihələrinə cavabdeh olacaq. Totti idman hüquqlarını "Breşiya"dan alaraq klubu Romaya köçürən italiyalı-amerikalı investor Pol Matyaşiçin layihəsinə qoşulub. Yeni komanda basketbol üzrə A Seriyası və Avrokubokda çıxış edəcək.

Qeyd edək ki, Totti futbolçu kimi bütün karyerası ərzində İtaliyanın "Roma" klubunda çıxış edib və onun kapitanı olub. O, klubun heyətində 785 matç keçirib, 307 qol vurub və 205 məhsuldar ötürmə edib.

Xəbəri paylaş Dostlarınıza göndərin