Kürdəmir rayonunda keçirilən toy mərasimində baş verən kütləvi zəhərlənmə ilə bağlı tibbi yardıma müraciət edənlərin sayı 91 nəfərə çatıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yaydığı məlumata görə, hadisənin qeydə alındığı "Günəş" şadlıq sarayı mərasim üçün icarəyə götürülüb. Toy iştirakçılarına təqdim olunan qida məhsullarının isə toy sahibi tərəfindən hazırlanaraq məclisə gətirildiyi bildirilib.
Məlumata əsasən, zəhərlənmə şübhəsi ilə ümumilikdə 91 nəfər, o cümlədən 23 azyaşlı tibb müəssisələrinə müraciət edib. Zərərçəkənlərə zəruri tibbi yardım göstərilir.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırmalara başlanılıb. Hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi məqsədilə qida nümunələri götürülərək laborator müayinələrə cəlb olunub.![]()