Leqal Xəbər məlumat verir ki, ABŞ Prezidenti Donald Trampın iyulun 7-8-də Ankarada keçiriləcək NATO Zirvə Toplantısında iştirak edəcəyi iddia olunur.
Məlumata görə, Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı sammitdə iştirak etməyi planlaşdırdığını bildirib. Bu iddia ABŞ liderinin NATO ilə bağlı əvvəlki sərt açıqlamalarından sonra xüsusi diqqət çəkib.
Bildirilir ki, Tramp və Ərdoğanın NATO Zirvəsindən əvvəl də görüş keçirməsi mümkündür. Tərəflərin ABŞ-Türkiyə münasibətləri və regional məsələləri müzakirə edəcəyi gözlənilir.