LEQAL XƏBƏR məlumat verir ki, ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazını ölkəsinin “yeni ərazisi” kimi təqdim edib.
Tramp bununla bağlı Truth Social platformasındakı hesabında Fars və Oman körfəzlərinin xəritəsini paylaşıb.
Paylaşılan xəritədə Hörmüz boğazı mavi dairə ilə işarələnib və üzərində böyük hərflərlə “ABŞ-nin yeni ərazisi” (“New U.S. Territory”) ifadəsi yazılıb.
Qeyd edək ki, Tramp daha əvvəl də Hörmüz boğazı ilə bağlı ABŞ-nin iddialarını dilə gətirib. O, dəniz yolunun artıq Vaşinqtonun nəzarətində olduğunu bildirərək, boğazın ABŞ ərazisi kimi tanınmasını “mükəmməl ideya” adlandırıb.
Hörmüz boğazı Fars körfəzini Oman körfəzi və Ərəb dənizi ilə birləşdirən strateji əhəmiyyətli su yoludur.![]()