İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Tramp İran liderlərini öldürməməyə söz verdiyini açıqladı

ABŞ Prezidenti Donald Tramp İran tərəfinin onu bu ölkənin rəhbər şəxslərini bir daha öldürməmək barədə söz verməyə məcbur etdiyini bildirib. LEQAL XƏBƏR məlumat verir ki, bu barədə TASS məlumat yayıb. "Onların (İranın - red.) liderləri ölüblər. Problemlərdən biri də məhz budur. Bəlkə də, mən

7 baxış 3 dəq

ABŞ Prezidenti Donald Tramp İran tərəfinin onu bu ölkənin rəhbər şəxslərini bir daha öldürməmək barədə söz verməyə məcbur etdiyini bildirib.

LEQAL XƏBƏR məlumat verir ki, bu barədə TASS məlumat yayıb.

"Onların (İranın - red.) liderləri ölüblər. Problemlərdən biri də məhz budur. Bəlkə də, mən çox irəli getdim. İndi kiminlə iş görəcəyimi belə bilmirəm. Birinci dərəcəli rəhbərləri öldürüldükdə, ikinci dərəcəliləri seçdilər. İkinci dərəcəlilər öldürüldükdə isə, üçüncü dərəcəliləri gətirdilər. Onların yarısı artıq həyatda yoxdur. Məni bir daha heç kimi öldürməyəcəyimə dair söz verməyə məcbur etdilər və mən [bunu] etdim. Onlara vəd verdim, ancaq heç kim İran İslam Respublikasının prezidenti olmaq istəmir. Kim İranın prezidenti olmaq istəyər? Zəhmət olmasa, əlinizi qaldırın", - deyə ABŞ lideri Arizona ştatında tərəfdarları qarşısında çıxış edərkən vurğulayıb.

O, bir daha qeyd edib ki, əgər Tehranın nüvə silahı olsaydı, Birləşmiş Ştatların qərb hissəsinə zərbə endirərdi.

"Biz əmin olmalıydıq ki, İranda nüvə silahı yoxdur, çünki bildiyiniz kimi, onlar uzun illərdir terrorizmin əsas sponsoru olan ölkə hesab edilirlər. Əgər onlarda nüvə silahı olsaydı, bunu 24 saat ərzində tətbiq edərdilər. Onlar Yaxın Şərqi məhv edərdilər. Daha sonra isə bizim qərb sahillərimizi vurmağa başlayardılar. Avropaya da zərbələr endirərdilər, çünki onlar dəlidirlər", - deyə Tramp iddia edib.

Xəbəri paylaş Dostlarınıza göndərin