İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Tramp Venesuela neftini ABŞ-yə təhvil verəcəyini açıqladı

ABŞ Prezidenti Donald Tramp Venesuelanın 1 milyon barel neft daşıyan tankeri şəklində "hədiyyəsini" yaxın saatlarda Texas ştatının limanlarından birində qəbul etməyi planlaşdırır. Leqal Xəbər bildirir kii, bu barədə "The Guardian" nəşri məlumat yayıb. Tramp jurnalistlərlə

10 baxış 3 dəq

ABŞ Prezidenti Donald Tramp Venesuelanın 1 milyon barel neft daşıyan tankeri şəklində "hədiyyəsini" yaxın saatlarda Texas ştatının limanlarından birində qəbul etməyi planlaşdırır.

Leqal Xəbər bildirir kii, bu barədə "The Guardian" nəşri məlumat yayıb.

Tramp jurnalistlərlə söhbətində Venesuelanın ABŞ-yə təmənnasız verdiyi nefti daşıyan tankeri Texasda yoxlayıb-yoxlamayacağı ilə bağlı suala cavab verib.

"Anladığım qədərilə, bəli", - deyə o bildirib.

"Biz Venesuelanı çox uğurla nəzarət altına aldıq. Onlar mənə hədiyyə olaraq 1 milyon barel neft göndəriblər. Mən də bunu Amerika Birləşmiş Ştatlarına təhvil verirəm", - deyə Tramp qeyd edib.

"Biz 1 milyon barel neft qəbul edəcəyik. Mən də onu sizə verəcəyəm ki, istədiyiniz kimi istifadə edəsiniz", - deyə ABŞ lideri əlavə edib.

Tramp dünya bazarlarında neftin qiymətlərinin tezliklə aşağı düşəcəyini də proqnozlaşdırıb.

"Neftin qiymətləri çox tezliklə və kəskin şəkildə düşəcək", - deyə o iddia edib.

Amerika mətbuatının məlumatına görə, Tramp Venesuela nefti daşıyan tankeri Port-Artur limanında yoxlayacaq.

Xatırladaq ki, yanvarın 3-də ABŞ Venesuelada mülki və hərbi obyektlərə hücum edib, ölkə Prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Siliya Floresi ələ keçirərək ölkədən çıxarıb. Yanvarın 5-də onlar Nyu-York ştatının Cənub Dairəsi üzrə federal məhkəməyə çıxarılıblar.

Hazırda Venesuelada dövlət başçısının səlahiyyətlərini Maduronun hakimiyyəti dövründə ölkənin icraçı vitse-prezidenti olmuş Delsi Rodriges icra edir.

Xəbəri paylaş Dostlarınıza göndərin